Turinin "Yuventus" klubu gənc ulduzu Kənan Yıldızla yeni müqavilə şərtlərini razılaşdırıb. İtalyan nəhəngi 20 yaşlı hücumçu ilə şifahi anlaşmaya əsasən, əməkdaşlığı növbəti 4 il müddətinə uzadacaq.

Postxronika.az xəbər verir ki, insayder Fabrizio Romanonun məlumatına görə, Türkiyə millisinin üzvü komandanın ən yüksək ödənişli futbolçularından biri olacaq. 2022-ci ildə "Bayern"dən azad agent kimi transfer edilən Yıldız, cari mövsümdə nümayiş etdirdiyi parlaq oyunla diqqət çəkib. O, "qoca sinyora"nın heyətində çıxdığı 31 matçda 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.