Qana Prezidenti Con Dramani Mahamanın Zambiyaya rəsmi səfəri zamanı geyindiyi ənənəvi "fuqu" libası sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub. Yerli istifadəçilər tərəfindən istehza ilə "hamiləlik bluzkası"na bənzədilən bu milli geyim, iki ölkə arasında maraqlı mədəni debata yol açıb.

Postxronika.az xəbər verir ki, Zambiya lideri Hakainde Hiçilema tənqidlərə son qoyaraq həmkarının üslubuna heyranlığını ifadə edib və özü üçün də bu dizayndan sifariş verəcəyini açıqlayıb. Qananın rəsmi şəxsləri isə yaranan ajiotajın Afrika kimliyinin təbliği və gənclərin tarixi köklərə marağının artması baxımından müsbət hal olduğunu vurğulayıblar.