"Liverpul"un mərkəz müdafiəçisi İbrahima Konate karyerasını İspaniya nəhəngində davam etdirməyə çox yaxındır. İnsayder Nikolo Şiranın məlumatına görə, "Kral klubu" fransız ulduz üçün hərəkətə keçib.
Postxronika.az xəbər verir ki, madridlilər 26 yaşlı oyunçuya 2031-ci ilin yayına qədər nəzərdə tutulan uzunmüddətli müqavilə təklif edir. "Los Blankos" müdafiəçini cari sözləşməsi bitdikdən sonra, yəni bu yay azad agent kimi heyətinə qatmağı hədəfləyir. İngiltərə təmsilçisi ilə yeni anlaşma barədə danışıqları dayanan futbolçu cari mövsümdə 31 oyunda 2 qolla yadda qalıb.