"Real"ın sabiq hücumçusu, ikiqat Avropa Çempionlar Kubokunun qalibi Manolin Bueno 86 yaşında dünyasını dəyişib.
Postxronika.az Oxu.az-a istinadən xəbər verir ki, İspaniya nəhəngi veteran oyunçunun ölüm səbəbini açıqlamayıb. 1959-1971-ci illər aralığında "Kral klubu"nun şərəfini qoruyan futbolçu karyerası ərzində 8 dəfə La Liqa, 2 dəfə ölkə kuboku və bir Qitələrarası Kubok qazanıb. "Kadis" və "Sevilya"da da çıxış edən ulduzun adı Madrid təmsilçisinin tarixinə qızıl hərflərlə yazılıb.