Norveç Kral ailəsi eyni vaxtda bir neçə cəbhədə patlayan qalmaqallar səbəbindən tarixinin ən çətin günlərini yaşayır.

Postxronika.az xəbər verir ki, Vəliəhd Şahzadə Mette-Maritin adı bədnam maliyyəçi Ceffri Epşteynlə hallandığı üçün bir çox xeyriyyə təşkilatı onunla əlaqələri kəsməyə başlayıb. Bundan əlavə, şahzadənin oğlu Marius Borq Höybinin məhkəmədə təcavüz ittihamları ilə üzləşməsi monarxiyanın nüfuzuna ciddi zərbə vurub. Epşteynlə yazışmalarına görə ictimaiyyətdən üzr istəyən gələcək kraliçanın taxta layiq olub-olmadığı hazırda ölkədə əsas müzakirə mövzusudur. Ekspertlər etimadın kəskin azaldığını və xroniki ağciyər xəstəliyindən əziyyət çəkən xanımın vəzifələrindən kənarlaşa biləcəyini proqnozlaşdırırlar.