"Real" "Mançester Siti"nin aparıcı siması Rodrini transfer etmək üçün fəaliyyətə başlayıb.
Postxronika.az xəbər verir ki, İspaniya nəhəngi 29 yaşlı yarımmüdafiəçini komandadakı liderlik boşluğunu dolduracaq ideal namizəd hesab edir. "Kral klubu"nun rəhbərliyi müdafiəyə dəstək verəcək və kollektivi idarə edəcək oyunçu axtarışındadır. İngiltərə təmsilçisi futbolçu ilə müqaviləni yeniləmək istəsə də, Rodri doğma şəhərinə qayıtmağa isti yanaşır. Cari mövsümdə 18 oyunda iştirak edən ulduzun bazar dəyəri 75 milyon avro təşkil edir.