Ağciyər xərçəngindən əziyyət çəkən xəstələrin müalicəsində dərman qəbulu vaxtının həlledici rol oynadığı üzə çıxıb.

Postxronika.az xəbər verir ki, eyni növ immunoterapiyanı saat 15:00-dan tez qəbul edən şəxslər, proseduru günün ikinci yarısında keçənlərə nisbətən təxminən bir il daha çox yaşayıblar. Tədqiqatçılar bu heyrətamiz fərqi insan orqanizminin bioloji saatı və immun sisteminin zamana həssaslığı ilə əlaqələndirirlər. Eksperimentin nəticələrinə əsasən, terapiyanın erkən saatlarda tətbiqi xəstəliyin inkişafını iki dəfəyədək ləngidir və sağ qalma ehtimalını artırır.