Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla telefon danışığı aparıb.
Postxronika.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.
Məlumata görə, Putin rusiyalı general Vladimir Alekseyevə qarşı törədilmiş terror aktında şübhəli bilinən şəxsin saxlanılmasında göstərdiyi köməkliyə görə BƏƏ liderinə minnətdarlığını bildirib. O, hər iki ölkənin xüsusi xidmət orqanları arasındakı səmərəli əməkdaşlığı xüsusi vurğulayıb.
Danışıq zamanı liderlər, həmçinin Məhəmməd bin Zayed Əl Nəhyanın Moskvaya son səfəri zamanı qaldırılan məsələlərin müzakirəsini davam etdiriblər.
Qeyd: General Vladimir Alekseyev Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin (QRU) rəis müavinidir.