Yeməkdən oturmaq əvəzinə, az da olsa hərəkət etmək olduqca vacibdir.
Postxronika.az "National Geographic"-in yer araşdırmalarına istinadla xəbər verir ki, yeməkdən sonra gəzinti etmək beyin və bədənə müsbət təsir göstərir.
Araşdırmalar göstərir ki, yeməkdən sonra edilən yüngül hərəkətlər belə qan şəkərinin nəzarətdə saxlanmasına və bağırsaq–beyin əlaqəsinə təsir edərək bədənin qidaları daha səmərəli şəkildə emal etməsinə kömək edir.
ABŞ-da Corc Vaşinqton Universitetinin qidalanma üzrə mütəxəssisi Loretta DiPietro isə vurğulayıb ki, qaşığı kənara qoyduqdan təxminən 30 dəqiqə sonra hərəkətə başlamaq ən ideal vaxtdır.