Daha yavaş qocalmanın, sağlam və uzun ömrün sirri dərin və davamlı sosial bağlarda gizlidir.
Postxronika.az xəbər verir ki, ABŞ-da yerləşən Kornell Universitetinin alimləri ömür boyu sosial və emosional dəstəyin üstünlüklərini araşdıran bir tədqiqat aparıblar.
Bu araşdırmada orta yaş qrupunda olan 2 min 100-dən çox iştirakçının məlumatları təhlil edilib. Nəticədə, həyat boyu davam edən sosial dəstəyin bioloji qocalmanı ləngidə biləcəyi müəyyən edilib.
Belə ki, etibarlı dostlara və güclü sosial əlaqələrə sahib olan insanların bədəni daha gənc olur və hüceyrə səviyyəsində iltihablanma daha aşağı olur