İranın ali rəhbəri Əli Xameneyi Hərbi Hava Qüvvələri komandirləri ilə hər il baş tutan ənənəvi görüşünü bu dəfə keçirməyib.

Postxronika.az xəbər verir ki, son onilliklərin bu qeyri-adi hadisəsi "19 Bəhmən" tarixi günü münasibətilə nəzərdə tutulmuşdu. Ali liderin qatılmadığı mərasimdə hərbçilər Tehran şəhərində İslam Respublikasının banisi Ruhullah Xomeyninin məqbərəsini ziyarət ediblər. Bu, son 47 il ərzində ölkə rəhbərinin həmin tarixdə ordu nümayəndələri ilə birgə görüş keçirmədiyi ilk hal kimi qeydə alınıb. Xatırladaq ki, 1979-cu ilin məhz bu günündə "Hümafərilər" adlanan texniki heyət Xomeyni ilə görüşərək ona sədaqət andı içmişdi.