Hindistan Sahil Mühafizəsi İdarəsi keçirdiyi xüsusi əməliyyat zamanı İran İslam Respublikası ilə əlaqəli üç neft tankerini saxlayıb.
Postxronika.az xəbər verir ki, beynəlxalq sanksiyaları pozaraq qanunsuz daşımalar həyata keçirən gəmilər hərbçilər tərəfindən müsadirə olunub. Məlumata görə, eyni şirkətə məxsus olan bu üzən vasitələr hələ 2025-ci ildə Vaşinqton tərəfindən "qara siyahı"ya salınıb. "TankerTrackers" platforması isə saxlanılanların "Stellar Ruby", "Al Jafzia" və "Asphalt Star" adlı gəmilər olduğunu açıqlayıb.