Ukrayna xarici siyasət idarəsinin rəhbəri Andrey Sibiha müharibəni sonlandırmaq iqtidarında olan yeganə liderin Donald Tramp olduğunu bəyan edib.

Postxronika.az xəbər verir ki, nazir 20 bəndlik sülh planının ən mürəkkəb məqamlarının hələ də razılaşdırılmadığını və bunun tərəflər arasında birbaşa təmas tələb etdiyini vurğulayıb. Onun sözlərinə görə, rəsmi Vaşinqton əraziyə qoşun yeritmədən təhlükəsizlik zəmanətlərini təsdiqləməyə hazırdır. Diplomatiya rəhbəri əlavə edib ki, Avropa İttifaqına üzvlük və müttəfiqlərin dəstəyi də alternativ müdafiə mexanizmləri kimi nəzərdən keçirilir.