Daxili İşlər Nazirliyi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir. Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi son əməliyyatlar zamanı külli miqdarda narkotik vasitə aşkar edilərək götürülüb.
DİN-in Mətbuat Xidmətindən postxronika.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 7-də və 8-də ümumi çəkisi 44,6 kiloqrama yaxın narkotik vasitə və 130 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq müsadirə edilib.
Qurumdan bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.