"Mançester Yunayted" mövsüm sonunda komandadan ayrılacağını açıqlayan ulduz futbolçu Kazemironun boşluğunu doldurmaq üçün hərəkətə keçib.
Postxronika.az xəbər verir ki, "qırmızı şeytanlar"ın transfer siyahısında əsas namizəd "Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonalidir. İngiltərə mətbuatı rəqib klubun italyan oyunçu üçün təxminən 100 milyon funt-sterlinq tələb edə biləcəyini yazır. Mançester təmsilçisi bu keçid baş tutmazsa, diqqəti Elliott Anderson ("Nottinqem Forest") və Adam Uortona ("Kristal Pelas") yönəldəcək.