Honkonqun tanınmış media maqnatı və demokratiya tərəfdarı Cimmi Lay milli təhlükəsizlik qanununu pozmaqda ittiham olunaraq 20 il müddətinə azadlıqdan məhrum edilib.
Postxronika.az xəbər verir ki, 78 yaşlı fəalın övladları bu qərarı "ürəkparçalayan qəddarlıq" adlandıraraq, atasının həbsxanada şəhid kimi ölə biləcəyini bildiriblər. Dekabr ayında xarici qüvvələrlə əlbir olmaqda və üsyana təhrikdə təqsirli bilinən iş adamı isə bütün ittihamları rədd edib. Hakimlər onun Çin Kommunist Partiyasına qarşı nifrət bəslədiyini və sanksiyalar üçün nüfuzundan istifadə etdiyini iddia ediblər. Tənqidçilər isə bu sərt hökmü şəhərdəki azad səslərin və müxalifətin tamamilə susdurulması kimi qiymətləndirirlər.