"Barselona"nın gənc ulduzu Lamin Yamalın "Malyorka" ilə matçdakı parlaq performansı atası Munir Nəsrauinin duyğulu reaksiyasına səbəb olub. Valideyn sosial şəbəkə hesabında oğlunu dünya futbolunun əfsanəsi Dieqo Maradona ilə müqayisə edib.
Postxronika.az xəbər verir ki, La Liqanın 23-cü turunda komandasının qələbəsində pay sahibi olan 18 yaşlı hücumçunun atası "sadəcə qürurlu bir atayam" deyə bildirib. Cari mövsümdə 30 qarşılaşmada 15 qol və 13 məhsuldar ötürmə ilə yadda qalan istedadın bazar dəyəri hazırda 200 milyon avro təşkil edir.