Filmin rejissorları Aaron Horvat və Maykl Yelenikdir. ''Universal Pictures'' istehsalı olan davam filmi 1 aprel tarixində kinoteatrlarda nümayiş olunacaq. Səsləndirmə heyətində Kris Pratt, Anya Teylor-Coy, Çarli Dey, Cek Blek, Kiqan-Maykl Ki, Bennı Safdi, Kevin Maykl Riçardson və Bri Larson yer alır.
"Super Mario Galaxy Movie" süjeti Mario (Pratt) və Luicinin (Dey) dinozavr dostları Yoşi ilə tanış olması ətrafında qurulub. Onlar Şahzadə Peach (Teylor-Coy) və Toad (Ki) ilə birlikdə kosmosa səyahətə çıxırlar.
2023-cü ildə çıxan "The Super Mario Bros. Movie" filmini də çəkmiş Horvat və Yelenik davam filmi yenidən idarə edir. Ssenari bu dəfə də əvvəlki filmi yazan Metyu Foqel'ə məxsusdur. Illumination və Nintendo istehsalı olan layihənin prodüserləri arasında Kris Meledandri və Şigeru Miyamoto var.
Qeyd edək ki, "The Super Mario Bros. Movie" dünya üzrə 1,3 milyard dollardan çox gəlir əldə edərək 2023-cü ilin ən çox gəlir gətirən ikinci filmi olmuşdu. Filmlər Nintendo-nun Mario videooyun seriyası əsasında çəkilir.