"Mandalorian & Grogu" filmi Super Bowl zamanı klassik reklam çarxlarına jest olaraq xüsusi bir təqdimatla diqqət çəkib. Bu, adi treyler yox, rejissor Con Favro'nun çəkdiyi 30 saniyəlik xüsusi reklamdır.

Reklamda səsi ''Ford Pick-Up''  reklamlarını xatırladan ciddi tonlu bir diktor yer alır. Fərq ondadır ki, bu dəfə səhnədə ''MandalorianQroqu'' Tauntaun'lar tərəfindən çəkilən bir arabada görünür. ''Disney'' bu zarafatcıl və nostaljik reklamla tamaşaçılara altı ildən çox əvvəl ''Disney+'' platformasında yayımlanan ''The Mandalorian'' serialı ilə tanış olduqları obrazlara olan sevgini xatırlatmağı hədəfləyir.

Reklam canlı çəkiliş formatında hazırlanıb. Favro bu işdə ''Lucasfilm''in canlı varlıqlar üzrə komandası, kukla ustaları və ''ILM'' ilə birgə çalışıb.

Filmdə baş rolu Pedro Paskal canlandırır. O, Gücə həssas və yönləndirilməyə ehtiyacı olan ''Grogu''nun qoruyucusu Din Djarin obrazında çıxış edir. Aktyor heyətində həmçinin Siqorni ViverCeremi Allen Uayt da yer alır. Film 22 may tarixində kinoteatrlarda nümayiş olunacaq.

"Mandalorian & Grogu" 2019-cu ilin dekabrında çıxan ''Star Wars: The Rise of Skywalker'' filmindən sonra təxminən yeddi ildən sonra böyük ekrana çıxan ilk ''Star Wars'' filmi olacaq. Layihə ''Lucasfilm'' üçün də yeni bir dövrə təsadüf edir. Şirkətin uzunmüddətli rəhbəri Ketlin Kennedi ötən ay vəzifəsindən ayrılıb. Onun yerinə Deyv FiloniLinven Brennan keçib.