Respublika ərazisində polis əməkdaşları tərəfindən cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin qorunması və hüquqpozmaların qarşısının alınması istiqamətində növbəti tədbirlər həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən postxronika.az-a verilən məlumata görə, fevralın 9-da ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Həmçinin, axtarışda olduğuna görə ümumilikdə 163, o cümlədən borclu şəxs qismində axtarışda olan 138 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Statistikaya əsasən, narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 23 fakt müəyyən edilib. Keçirilən tədbirlər nəticəsində cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.