"Mançester Siti"nin ulduz hücumçusu Erlinq Haland cari ilin əvvəlindəki çıxışından narazı qalaraq özünü tənqid edib.

Postxronika.az xəbər verir ki, ESPN-ə danışan norveçli qolçu son vaxtlar kifayət qədər fərqlənə bilmədiyini və oyun keyfiyyətini artırmalı olduğunu etiraf edib.

O, zəif formasını bəhanə etmək istəməsə də, sıx qrafik səbəbindən yaranan yorğunluğun və psixoloji amillərin performansına mənfi təsir göstərdiyini vurğulayıb.

Hücumçu əsas hədəfinin zədələrdən qorunaraq komandasına çempionluq yolunda kömək etmək olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, 2026-cı ildə rəqib qapılarına cəmi 3 dəfə yol tapan futbolçu, mövsüm ərzində ümumilikdə 36 matçda 28 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.