Münhen Təhlükəsizlik Konfransının (MSC) hazırladığı yeni sənəddə Avropanın artıq avtoritarlaşan ABŞ-dən uzaqlaşaraq hərbi baxımdan müstəqilliyini artırmasının zəruriliyi vurğulanıb.

Postxronika.az xəbər verir ki, hesabatda köhnə qitənin demokratik dəyərlərə sadiq qalmayan Vaşinqton rəhbərliyi olmadan fəaliyyət göstərməyə tam hazır olduğu diqqətə çatdırılır.

Sənəd müəllifləri Donald Trampı dağıdıcılıqda və Rusiya lideri Vladimir Putinlə həmrəylik nümayiş etdirməkdə ittiham edərək, Birləşmiş Ştatlarda "rəqabətli avtoritarizmə" keçidi dəhşətlə izlədiklərini qeyd ediblər.

Avropa liderlərinə tövsiyə olunub ki, beynəlxalq qaydaları qorumaq naminə dağıdıcı qüvvələrə qarşı daha cəsarətli və innovativ siyasi mübarizə üsullarına yiyələnsinlər.