Böyük Britaniya Kralı III Çarlz qardaşı Endryu Mauntbatten-Vindzora qarşı irəli sürülən yeni ittihamlarla bağlı istintaqa kömək etməyə hazır olduğunu bəyan edib.
Postxronika.az xəbər verir ki, Bukinqem Sarayı keçmiş şahzadənin Ceffri Epşteynə dövlət əhəmiyyətli məxfi məlumatları ötürməsi şübhəsindən dərin narahatlıq keçirir.
Temza Vadisi Polisi tərəfindən araşdırılan faktlara əsasən, Endryu ticarət elçisi olduğu dövrdə investisiya imkanlarına dair gizli sənədləri amerikalı maliyyəçiyə göndərib.
Uels şahzadəsi Uilyam da vəziyyətin ciddiliyini vurğulayaraq sarayın zorakılıq qurbanlarının tərəfində olduğunu diqqətə çatdırıb.
Xatırladaq ki, 2025-ci ildə bütün titullarından məhrum edilən Mauntbatten-Vindzor ittihamları rədd etsə də, ona qarşı təzyiqlər günü-gündən artır.