Almaniyanın sabiq kansleri Olaf Şolts İranın hazırkı siyasi mənzərəsinə görə rəsmi Vaşinqton və Londonu kəskin tənqid edib.
Postxronika.az xəbər verir ki, siyasətçi mövcud teokratik idarəetmənin yaranmasında Qərb dövlətlərinin tarixi müdaxilələrinin həlledici rol oynadığını bildirib. Onun sözlərinə görə, vaxtilə sırf neft maraqları naminə demokratik hökumətin devrilməsi İranın gələcəyini tamamilə dəyişib. Şolts iddia edir ki, əgər bu xarici təzyiqlər olmasaydı, Tehran bu gün uğurlu Qərb modeli əsasında inkişaf etmiş bir dövlət olardı. Keçmiş hökumət başçısı vurğulayıb ki, regionun bugünkü ağır durumu məhz həmin strateji səhvlərin nəticəsidir.