ABŞ senatoru Lindsi Qraham Türkiyə xarici işlər naziri Hakan Fidanın Vaşinqtonla Tehran arasında müharibə riskinin olmaması barədə fikirlərini kəskin pisləyib.

Postxronika.az xəbər verir ki, respublikaçı siyasətçi "X" hesabındakı paylaşımında bəzi region dövlətlərinin İran rejiminin hakimiyyətdə qalmasını qəbul etməsini yanlış yanaşma adlandırıb. Senator vurğulayıb ki, xalqın müqavimətinə rəğmən Ayətullahı və onun qatil idarəetmə sistemini qorumağa çalışanlar xəyal dünyasında yaşayırlar. Qraham xüsusilə Türkiyə, Qətər və Misirin adını çəkərək, status-kvonun saxlanılmasının həm ABŞ-nin milli təhlükəsizliyinə, həm də insani dəyərlərə zidd olduğunu bildirib. Donald Trampın "etiraz edin, kömək yoldadır" sözlərini xatırladan konqresmen sonda "İrana azadlıq" şüarını səsləndirib.