Meksika hökuməti ABŞ prezidenti Donald Trampın tarif hədələrindən sonra Kubaya neft nəqlini dayandırmaq məcburiyyətində qalıb.

Postxronika.az xəbər verir ki, "La Jornada" nəşrinin məlumatına görə, rəsmi Mexiko buna baxmayaraq, adaya humanitar yardımları davam etdirəcəyinə söz verib. Prezident Klaudiya Şeynbaum tədarükün bərpası üçün diplomatik addımların atılacağını vurğulayıb. O, Vaşinqtonun sanksiya siyasətini sərt tənqid edərək, siyasi fikir ayrılıqlarına görə xəstəxana və məktəblərin yanacaqsız qalmasını ədalətsizlik adlandırıb. Dövlət başçısı qeyd edib ki, hökumətlə razılaşmamaq sadə insanların əziyyət çəkməsinə haqq qazandırmır.