Paytaxtın Yasamal rayonunda vətəndaşa məxsus bank kartından oğurluq faktı qeydə alınıb. Naməlum şəxslər zərərçəkənin kart hesabından 5000 ABŞ dolları məbləğində vəsaiti talayıblar.

Postxronika.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 23 yaşlı Q.Abbasova və 20 yaşlı Ş.Əmiraslanova saxlanılıblar. Araşdırmalar zamanı məlum olub ki, onlar kartı oğurladıqdan sonra hesabdakı pulu nağdlaşdıraraq alış-verişə xərcləyiblər.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.