Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) son günlər bəzi media resurslarında və sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirib. 

Postxronika.az qurumun İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, agentlikdə kadr islahatlarına başlanılması barədə xəbərlər həqiqəti əks etdirmir.

Rəsmi məlumatda qeyd olunur ki, yayılan şayiələr tamamilə əsassızdır:

"Agentlikdə heç bir əməkdaşın işdən azad olunması ilə bağlı əmr verilməyib və hazırda belə bir prosedur həyata keçirilmir".

Qurum media nümayəndələrini və vətəndaşları yalnız rəsmi mənbələrə istinad etməyə, dəqiqləşdirilməmiş məlumatlara inanmamağa çağırıb.