Pavel Durov Rusiyada “Telegram”a qoyulan məhdudiyyətlərə münasibət bildirib.
Postxronika.az Durov burada məqsədin vətəndaşları nəzarət və siyasi senzura üçün nəzərdə tutulmuş dövlət tətbiqlərinə yönləndirmək olduğunu qeyd edib.
O xatırladıb ki, oxşar addım İran tərəfindən də atılıb və uğursuz olub.
“Vətəndaşların azadlığını məhdudlaşdırmaq düzgün həll yolu deyil. “Telegram” söz azadlığını və şəxsi həyatın toxunulmazlığını müdafiə edir”, – deyə o vurğulayıb.