ABŞ-nin Qəzza zolağı ilə bağlı hazırladığı yeni sülh planının detalları məlum olub. 

Postxronika.az  APA-ya  istinadən xəbər verir ki, Vaşinqton HƏMAS-dan hərbi arsenalını ləğv etməyi tələb edir.

Sənədə görə, qruplaşma İsrail ərazisinə zərbə endirə biləcək bütün ağır silahları təhvil verməlidir. Tərksilah prosesi mərhələli şəkildə aparılacaq: ağır texnika dərhal sıradan çıxarılacaq, digər silahlar isə qeydiyyata alındıqdan sonra təhvil veriləcək.

Təklifin yaxın həftələrdə qarşı tərəfə təqdim olunması gözlənilir.