Hazırda ölkənin dağlıq və dağətəyi bölgələrində davam edən qarlı hava şəraiti avtomobil yollarında hərəkəti çətinləşdirib.

Postxronika.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, xüsusilə enişli-yoxuşlu ərazilərdə, sərt döngələrdə və körpülərdə sürüşmə riski əhəmiyyətli dərəcədə yüksəlib.

​Yaranmış vəziyyətlə əlaqədar olaraq ötən gündən etibarən Dövlət Yol Polisi (DYP) əməkdaşları aidiyyəti qurumlarla birgə yollarda təhlükəsizliyin qorunması üçün operativ tədbirlərə başlayıblar. Nəqliyyat axınının tənzimlənməsi məqsədilə yollarda profilaktik işlər görülür və sürücülərə zəruri izahatlar verilir. Aidiyyəti orqanlar yol qəzalarının qarşısını almaq üçün qabaqlayıcı addımlar atmaqda davam edir. Vətəndaşlardan meteoroloji şəraiti nəzərə alaraq ehtiyatlı olmaları xahiş olunur.