Qırğızıstanda növbəti prezident seçkilərinin 2027-ci ilin yanvar ayında keçirilməsi planlaşdırılır.
Postxronika.az xəbər verir ki, bu barədə Baş nazirin müavini Edil Baysalov məlumat paylaşıb. O, bəzi qüvvələrin ambisiyaları ucbatından dövlət başçısı Sadır Japarov ilə Milli Təhlükəsizlik Komitəsinin sabiq rəhbəri Kamçıbek Taşiyev arasında yaranan ixtilafın ölkə üçün təhdid olduğunu vurğulayıb.
Qeyd edək ki, 75 nəfər bu il növbədənkənar seçkilərin keçirilməsi təklifi ilə ölkə rəhbərliyinə müraciət edib. Bu gərginlik fonunda Prezident artıq Kamçıbek Taşiyevi və onun üç müavinini tutduqları vəzifədən azad edib. Dövlət rəsmiləri bu addımları ölkədə sabitliyin qorunması və təxribatların qarşısının alınması zərurəti ilə əsaslandırırlar.