"Barselona"nın braziliyalı ulduzu Rafinyanın İspaniya Kubokunun yarımfinalında "Atletiko"ya qarşı oynama ehtimalı olduqca aşağıdır.

Postxronika.az xəbər verir ki, futbol eksperti Rəşad Rəhman vingerin zədə səbəbindən "Civitas Metropolitano"dakı görüşü buraxacağını açıqlayıb. Mütəxəssis mövcud vəziyyətin 29 yaşlı oyunçunun meydanda olmayacağına işarə etdiyini vurğulayıb. Son iki matçda iştirak etməyən hücumçu bu mövsüm 22 qarşılaşmada 13 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Qeyd edək ki, tərəflər arasındakı cavab dueli martın 3-nə təyin edilib.