Bakıda Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında növbəti ikitərəfli hərbi əməkdaşlıq danışıqları baş tutub.
Postxronika.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüş Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilib.
Məlumata görə, tədbirdə ölkələrimiz arasında hərbi əlaqələrin hazırkı durumu və inkişaf perspektivləri ətraflı müzakirə olunub. Tərəflər hərbi təhsil, birgə təlimlər və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.
Görüşün yekunu olaraq Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında cari il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.