İngiltərənin “Nyukasl” klubu Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la oyun üçün Bakıya səfər edəcək azarkeşlərinə müraciət edib. 


Postxronika.az xəbər verir ki, müraciətdə səfər tarixlərinin Ramazan ayının başlanğıcı ilə üst-üstə düşdüyü xüsusi qeyd edilib: “Azərbaycanda Ramazan ayı 17 fevral axşamı başlayacaq və oruc 18 fevral sübh vaxtından etibarən tutulacaq. Yerli əhali və mədəniyyətə hörmətlə yanaşmağınız vacibdir".

Bundan əlavə, tərəfdarlara tarixi məkanlarda davranışlarına diqqət yetirmələri tövsiyə olunub. Xəbərdarlıqda bildirilir: "Tarixi və memorial yerlərdə davranışınıza diqqət edin. Şəhidlər xiyabanı xüsusilə həssas məkandır və hörmətsiz davranış polis müdaxiləsinə səbəb ola bilər”.