"Barselona"nın keçmiş yarımmüdafiəçisi İqor Korneev İtaliya Kubokunun yarımfinal mərhələsindəki rəqiblərin şanslarını dəyərləndirib.

Postxronika.az xəbər verir ki, veteran futbolçu "Komo"nun istənilən rəqibi, hətta "İnter"i belə məğlub etmək potensialına sahib olduğunu bildirib. Mütəxəssis digər qarşıdurmada "Atalanta"nın "Latsio"nu keçərək finala yüksələcəyini proqnozlaşdırıb. Xatırladaq ki, 4 martda start götürəcək yarımfinalın sürpriz iştirakçısı olan "Komo" əvvəlki turda A Seriyasının çempionu "Napoli"ni mübarizədən kənarlaşdırmışdı.