Rusiya hökuməti yerli istifadəçiləri dövlət nəzarətindəki rabitə vasitələrinə yönəltmək məqsədilə "WhatsApp" messencerini ölkə ərazisində tamamilə bloklamağa cəhd göstərib.

Postxronika.az xəbər verir ki, "Meta" şirkəti bu addımı 100 milyonluq istifadəçi kütləsini təhlükəsiz ünsiyyətdən təcrid etmək kimi qiymətləndirərək, prosesin insanların məlumat təhlükəsizliyinə zərbə vuracağını bəyan edib. Bu qərar Kremlin Qərb texnologiyalarından imtina edərək "suveren internet" yaratmaq planının tərkib hissəsi hesab olunur. Hakimiyyət əhalini Çinin "WeChat" modeli əsasında yaradılan yerli "Max" tətbiqinə keçirməyi hədəfləyir. Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, platformanın ölkədəki fəaliyyətinin bərpası yalnız şirkətin Rusiya qanunvericiliyinə tam əməl etməsi şərtilə mümkündür.