İtaliyanın "İnter" klubu təcrübəli yarımmüdafiəçisi Henrix Mxitaryanı komandada saxlamağı planlaşdırır. Rəhbərlik erməni futbolçu ilə əməkdaşlığın müddətini artırmaq niyyətindədir.

Postxronika.az xəbər verir ki, Milan təmsilçisi hazırkı sözləşməsi 2026-cı ildə başa çatan oyunçuya 2027-ci ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə təklif etməyə hazırlaşır. 2022-ci ildə "Roma"dan azad agent kimi transfer olunan yarımmüdafiəçi cari mövsüm bütün turnirlərdə 24 matça çıxıb. O, bu görüşlərdə cəmi 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.