''WestEnd Films'' Berlin Avropa Film Bazarında vizual rəssam Reyçel Rouz'un ilk bədii filmi olan “The Last Day” dramını beynəlxalq alıcılara təqdim edib və layihədən ilk kadrı yayımlayıb. Film hazırda post-produksiya mərhələsindədir.
Virciniya Vulf'un ''Mrs. Dalloway'' əsərindən ilhamlanan ekran işi Nyu-Yorkda bir yay günü ərzində baş verən hadisələri izləyir və iki ananın həyatlarının dönüş nöqtəsində qarşılaşmasını təsvir edir.
Alisiya Vikander yaradıcılıq böhranı yaşayan yazıçı Culiya'nı, Viktoriya Pedretti doğuşdan sonrakı depressiya ilə mübarizə aparan tibb bacısı Teylor'u, Vaqner Moura isə ailə daxilində artan gərginlik fonunda getdikcə uzaqlaşan həyat yoldaşını canlandırır.
Böyük incəsənət məkanlarındakı sərgiləri ilə tanınan Rouz bu film ilə bədii kinoda rejissor kimi debüt edir.