Rusiyada fəaliyyət göstərən tanınmış erməni iş adamı, milyarder Samvel Karapetyan siyasi arenaya atılır. 

Postxronika.az xəbər verir ki, o, Ermənistanın baş naziri vəzifəsinə namizədliyini irəli sürməyə hazırlaşır.

Məlumata görə, iyunun 7-də keçiriləcək parlament seçkiləri ölkənin gələcək siyasi kursunu müəyyən edəcək həlledici mərhələ hesab olunur.

Karapetyanın Rusiyadakı geniş biznes imperiyası və maliyyə resursları onun şanslarını artıran amillər sırasındadır. Analitiklər hesab edirlər ki, milyarderin bu gedişi İrəvanın daxili siyasətində qüvvələr balansını kökündən dəyişə və ciddi siyasi təbəddülatlara səbəb ola bilər.