Rusiya Federasiyasının ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçiriləcək "Dünya Şurası"nın ilk iclasında iştirak etməyəcəyi dəqiqləşib. 

Postxronika.az “Crossmedia.az”a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat yayıb.

XİN rəsmisi qeyd edib ki, Rusiya tərəfi hələlik bu yeni formatla bağlı mövqeyini tam formalaşdırmayıb və Vaşinqtondakı tədbirdə təmsil olunmayacaq.

Lukaşenko da Vaşinqtona getmir

Daha əvvəl Belarus lideri Aleksandr Lukaşenkonun da sammitə qatılmayacağı bildirilmişdi. Minsk rəsmi səbəb kimi dəvətin gec göndərilməsini və prezidentin əvvəlcədən planlaşdırılmış sıx iş qrafikini əsas gətirib.

Xatırladaq ki, iclasın 2026-cı il fevralın 19-da Vaşinqtonda baş tutması nəzərdə tutulub.