Ev pişiklərinin DNT-si pələnglərlə 96% uyğundur. 

Postxronika.az xəbər verir ki, elmi araşdırmalara görə evlərdə saxlanılan pişiklərin DNT-si vəhşi təbiətin ən güclü ovçularından olan pələnglərlə 95,6% eynidir.

İki növ arasındakı böyük xarakter və ölçü fərqini yaradan isə cəmi 4,4%-lik genetik ayrımdır. Bu kiçik fərq birinin qucağınızda güvənlə yatmasını təmin edərkən, digərini təbiətin ən təhlükəli yırtıcısına çevirir.

Bu vəziyyət genetikanın nə qədər həssas tarazlıqlara əsaslandığını göstərir.