Bəzi insanlar çox həssasdır və kiçik hallar belə onları təsirləndirə bilər. Bürclər arasında da belə həssas ruhlu olanlar var.
Postxronika.az ən kövrək 5 bürcə təqdim edir:
1. Balıqlar-Ən həssas bürclərdən biridir. Çox empatikdir, başqasının dərdini öz dərdi kimi yaşayır. Kiçik bir söz belə onu incidə bilər.
2. Xərçəng- Ailəyə və sevdiklərinə çox bağlıdır. Ürəyiyumşaqdır, tez kövrəlir və köhnə xatirələri uzun müddət unutmur.
3. Tərəzi- Hər kəslə yaxşı münasibət saxlamaq istəyir. Münaqişə olanda çox təsirlənir və daxilən üzülür, amma çox vaxt bunu gizlədir.
4. Qız- Çox həssasdır, amma bunu göstərmir. Tənqidi ürəyinə salır və hər şeyi içində yaşayır.
5. Şir-Güclü görünsə də, əslində qüruru tez sınır. Dəyər verilməyəndə çox kövrəlir və incinir.