Bakının Xətai rayonunda hündürmərtəbəli yaşayış binasında yanğın hadisəsi qeydə alınıb.
Postxronika.az "Unikal"a istinadən xəbər verir ki, hadisə Babək prospekti 10B ünvanında yerləşən 18 mərtəbəli binanın elektrik şaxtasında baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri dərhal əraziyə cəlb olunaraq alovun mənzillərə keçməsinin qarşısını alıblar.
Operativ müdaxilə nəticəsində yanğın qısa müddətdə söndürülüb və mənzillər yanğından mühafizə edilib.
Təhlükəsizlik məqsədilə bina sakinləri yanğınsöndürənlər tərəfindən sürətlə təxliyə olunublar. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır və xəsarət alanlar barədə məlumat yoxdur.