Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarının təhlükəsizliyini və nəqliyyatın fasiləsizliyini təmin etmək məqsədilə sürücülərə müraciət ünvanlayıb.

Postxronika.az xəbər verir ki, aparılan müşahidələr zamanı paytaxtın bəzi küçələrində avtomobillərin qanunsuz yerlərdə, xüsusən ikinci zolaqda saxlanılması halları qeydə alınıb. Bu növ məsuliyyətsiz davranışlar yollarda süni sıxlığa və nəqliyyat axınının ciddi şəkildə ləngiməsinə səbəb olur.

​Qurum bəyan edir ki, nəqliyyat vasitələrinin dayanması və durması yalnız qanunla müəyyən edilmiş nöqtələrdə həyata keçirilməlidir. Sürücülərdən tıxacların yaranmaması üçün yol hərəkəti qaydalarına ciddi riayət etmələri xahiş olunur.