Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda yol hərəkəti qaydalarına riayət olunmasını təşviq etmək məqsədilə növbəti profilaktik tədbir keçirib.
Postxronika.az xəbər verir ki, reyd zamanı görünüş məhdudiyyəti olmadığı halda arxa duman fənərlərindən istifadə edən və qaranlıqda işıq cihazlarını yandırmayan sürücülər saxlanılıb. Qayda pozan şəxslərə qanunvericiliyin tələbləri ətraflı izah olunaraq müvafiq maarifləndirmə işləri aparılıb.
Mütəxəssislər bildirirlər ki, duman fənərlərinin yersiz istifadəsi digər hərəkət iştirakçılarının görmə qabiliyyətinə mənfi təsir göstərərək qəza riski yaradır. DYP rəsmiləri bir daha sürücüləri fərdi məsuliyyəti artırmağa və texniki təhlükəsizlik normalarına ciddi əməl etməyə çağırıb.