Daxili İşlər Nazirliyi əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri uğurla nəticələnib.

Postxronika.az xəbər verir ki, fevralın 12-də ailə üzvlərinə məlumat vermədən yaşadıqları ünvanları tərk edən və itkin düşmüş kimi axtarışa verilən 7 nəfərin yeri müəyyən olunub. Polis əməkdaşları tərəfindən tapılan həmin şəxslər dərhal aidiyyəti üzrə təhvil veriliblər. Hazırda bu istiqamətdə profilaktik işlər davam etdirilir.