Daxili İşlər Nazirliyinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın tapılması istiqamətində əməliyyat və profilaktik tədbirləri davam etdirirlər.
Postxronika.az xəbər verir ki, fevralın 12-də paytaxt və respublikanın müxtəlif rayonlarında aparılan araşdırmalar zamanı 2 avtomat, 1 qumbara, 1 alışdırıcı və 30 tüfəng götürülüb. Həmçinin əməliyyatlar zamanı 2 patron darağı ilə yanaşı, 192 ədəd müxtəlif çaplı patron da müsadirə edilib. Hazırda asayişin qorunması məqsədilə bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri fasiləsiz sürdürülür.