"Mançester Yunayted"in müvəqqəti çalışdırıcısı Maykl Kerrik Premyer Liqada yanvar ayının ən yaxşı baş məşqçisi seçilməsi ilə bağlı fikirlərini bölüşüb. Mütəxəssis bu uğurun təkcə ona deyil, bütövlükdə texniki heyətə və futbolçulara aid olduğunu vurğulayaraq, komandanın əla başlanğıc etdiyini bildirib.
Postxronika.az xəbər verir ki, o, dəyişikliklər fonunda oyunçuların fədakar mübarizəsindən xüsusi məmnunluq duyduğunu qeyd edib. Baş məşqçi ilk görüşlərdəki qələbə əzminin sonrakı matçlarda da yüksək keyfiyyətlə davam etdiyini diqqətə çatdırıb. Xatırladaq ki, "qırmızı şeytanlar" yanvarın 13-də vəzifəyə təyin olunan Kerrikin rəhbərliyi altında ötən ay iki ağır sınağa çıxıblar. Mançester təmsilçisi həmin qarşılaşmalarda "Mançester Siti"ni 2:0, "Arsenal"ı isə 3:2 hesabı ilə məğlub edib.