Böyük Britaniyanın Baş naziri Keir Starmerin siyasi strategiyasında mühüm dəyişikliklərin olacağı gözlənilir. Leyboristlər Partiyasının üzvləri onun yaxın zamanda daha radikal mövqe nümayiş etdirəcəyinə inandıqlarını bildiriblər.
Postxronika.az xəbər verir ki, hökumət rəhbərinin aparat rəhbəri Morqan MakSvininin gedişindən sonra kabinet daxilində yeni nüfuz dairəsi uğrunda mübarizə başlayıb. Tərəfdaşları Starmerin xalqa məlum olmayan cəhətlərini ortaya qoyaraq ölkədə real iqtisadi islahatlar həyata keçirməsini tələb edirlər. Xüsusilə yaşayış xərclərinin artması və mövcud idarəetmə sisteminə inamın sarsılması fonunda, yeni və daha konkret proqramların hazırlanması zərurəti yaranıb. Əks halda, müxalif düşərgənin bu boşluqdan istifadə edərək seçici rəğbətini qazanacağı vurğulanıb.